“Qəbələ”nin “Sabah”la 16-cı dueli

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bu həftə başa çatacaq. “Qəbələ” iki gün davam edəcək III turda “Sabah”la görüşəcək.

Allsport.az xəbər verir ki, turun ilk günündə meydana çıxacaq “qırmızı-qaralar” sentyabrın 11-də səfər sınağına çıxacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda üçün bu “Sabah”la 16-cı qarşılaşma olacaq. Əvvəlki 15 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən “Qəbələ” 2 dəfə heç-heçə edib və 5 görüşdə uduzub. İndiyədək rəqib qapısına 19 qol vuran futbolçular 16 top buraxıblar. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox – hərəyə 3 qol vurublar.

Əvvəlki 15 oyundan 11-i çempionat, 4-ü kubok çərçivəsində keçirilib. Premyer Liqada 4 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 5 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir – 11:14.

“Qəbələ” səfərdəki 8 görüşdə 4 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində meydan sahibləri üstündür – 10-8.

Xatırladaq ki, sentyabrın 11-də keçiriləcək “Sabah” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan