“Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in yarımmüdafiəçisi Əhməd Ayzaya açıqlama verib. Allsport.az saytı xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi premyer liqanın 16-cı turunda “Sumqayıt”la oyun barədə danışıb: “Yaxşı oyuna və nəticəyə köklənmişik. Bundan əvvəlki turda qələbəyə yaxın olsaq da, bir xalla kifayətlənməli olduq.

Ona görə də indi qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Oyuna yaxşı hazırlaşmışıq. Bilirəm ki, azarkeşlərimiz də bizdən yalnız qələbə gözləyirlər. Bizim yaxşı heyətimiz var. Komandanın potensialı daha yuxarı pillələrdə yer almağa imkan verir. Futbolçular da özlərinə inanırlar.

Bunun sayəsində yaxşı nəticə əldə edəcəyik. Öz çıxışıma gəlincə, göstərdiyim oyundan razıyam. Düşünürəm ki, azarkeşlər də məndən razı qalırlar. “Kəpəz”ə layiqincə xidmət etmək üçün bura gəlmişəm. Mümkün qədər əlimdən gələni edirəm”.

Sabah matç saat 14:30-da başlayacaq.

Həmin kateqoriyadan