“Qalib gəlmək istəyirik, amma…”


“Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonna işimiz çətinləşdi və daha çox müdafiə olunduq”

Allsport.az xəbər verir ki, bunları “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan premyer liqasının 3-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

“İstər-istəməz futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq. Çox məyusuq, 3-cü youndu məğlub oluruq. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik.Əlbəttə, hər məğlub olduqda psixoloji faktorlar üzə çıxır. Buna görə də, futbolçuları daha yaxşı hazırlamağa çalışırıq. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik ilk dəqiqələrdən görünür. Qalib gəlmək istəyirik, amma bu gərginlik üzərimizdə var. Təəssüf ki, bu oyunda da evimizdə məğlub olduq” – deyib Sənan Qurbanov.

Həmin kateqoriyadan