“Qarabağ” dünyanın ilk 5-liyində!

Öz meydanında ən çox ardıcıl qələbə qazanan komandaların siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, cədvəldə bütün dünya liqaları yer alıb.

Azərbaycan çempionatının lideri “Qarabağ”, cari mövsüm evdə bütün matçlarda qələbə ilə, ümumilikdə, 11 dəfə qonaqları xalsız yola salıb.

Uğur zolağı ötən rəqabətin son ev matçında başlayan Ağdam klubu, cari çempionatda 10 dəfə öz meydanında qalib gəlib. Bu, dünyanın “Top-5”inə düşmək imkanı verib.

Həmin kateqoriyadan