“Qarabağ” klubunu bundan sonra milli idman brendi “İL’AZERO” geyindirəcək

İsrailin “Hapoel” (Təl-Əviv) klubundan transfer olunan Marko Yankoviçin bu gün təqdimatında, yeni formanı ictimaiyyətə baş menecer Asif Əsgərov təqdim edib. Allsport.az saytının əldə etdiyi məlumatı görə, tərəflər ötən ilin sonunda anlaşıblar. Komandanın direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov anlaşmadan məmnun qalıblar.

Hər 2 şəxs yerli və beynəlxalq oyunlarda “İL’AZERO”nun özəl geyimlərindən istifadə ediblər. Yazda artıq komandanın sifariş etdiyi məhsullar ölkəyə gətirilib. Geniş təqdimat nəzərdə tutulub. Ağdam klubu ilə yanaşı, hazırda cüdo, atıcılıq və karate federasiyaları bu yerli idman geyimindən istifadə edirlər.

Brendin məhsulları Polşada istehsal olunur. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Onun ən uğurlu layihələrindən biri, 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub.

Həmin kateqoriyadan