“Qarabağ” ölkə kubokunu da qazandı!

“Qarabağ” ölkə kubokunu da qazandı!

Qəbələ şəhər stadionunda ölkə kubokunun finalı keçirildi. Allsport.az saytı xəbər verir ki, həlledici oyunda Azərbaycan çempionu “Qarabağ” və premyer liqanın bürünc mükafatçısı “Zirə” üz-üzə gəldilər.

İlk hissəni üstün oynayan “qartallar” 17-cu dəqiqədə Həmid Keytanın qolu ilə irəli çıxdı. Növbəti yarıda zamanla “köhlən atlar” təşəbbüsü ələ aldılar. 69-cu dəqiqədə Abdullah Zubirin uzaqdan zərbəsi dəqiq oldu.

Matçın əsas bölməsi 1:1 bitdi. Əlavə yarım saatda da qalib bilinmədi. 11-metrlik cərimə zərbələrində “Qarabağ” 4:3 qalib gəldi.

Həmin kateqoriyadan