“Qarabağ” TOP-100-də, “Neftçi” irəlilədi

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası aprel ayı üçün dünyanın ən yaxşı 300 klubunun adlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda Azərbaycandan 2 komanda yer alıb.

“Qarabağ” 133 xalla 99-cu pillədə qərarlaşıb. Bundan əvvəlki reytinqlə müqayisədə, 7 pillə irəliləyən Ağdam təmsilçisi, “Mamelodi Sandaunz” (Cənubi Afrika Respublikası), “Bayer” (Almaniya, Leverkuzen) klubları ilə eyni xal toplayıb.

“Neftçi” isə  87 xalla 16 pillə irəliləyərək 221-ci yerə yüksəlib. Bakıı təmsilçisi “Kolon Santa Fe”, “Nyuells Old Boys” (hər ikisi – Argentina) və “Dandolk” (İrlandiya) komandaları ilə eyni xala malikdir.

Siyahıya  305 xalla “Çelsi” (İngiltərə) başçılıq edir.  “Atletiko Mineyro” (Braziliya) 304 xalla 2-ci, “Palmeyras” (Braziliya) 296 xalla 3-cüdür.

Həmin kateqoriyadan