“Qarabağ” və Qurban Qurbanovdan ilklər

Azərbaycan kubokunun qalibi olan “Qarabağ” 2 rekord edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu tarixində 7-ci dəfə bu mükafata sahib çıxıb. 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17 mövsümlərində də kuboku qazanan “Qarabağ” bu göstəricidə mütləq göstəriciyə nail olub. “Neftçi”nin 6, “Kəpəz”in 4, “Bakı” və “Xəzər Lənkəran”ın hərəsinin 3, “Şamaxı”nın 2, “İnşaatçı (Bakı), “Şəfa” və “Qəbələ”nin 1 kuboku var.

“Köhlən atlar” 1993, 2014/15, 2015/16, 2016/17 mövsümlərində olduğu kimi “Qızıl dubl”a edib. Ağdam klubu bu uğurda özünün müəllifi olduğu rekordu yeniləyərək 5-ə çatdırıb. “Neftçi”nin 3, “Kəpəz”lə “Xəzər Lənkəran”ın hərəyə 1 “Qızıl dubl”u var.

Qarabağ”ın qazandığı 7 kubokdan beşi Qurban Qurbanovun baş məşqçiliyi altında əldə olunub. 50 yaşlı mütəxəssis baş məşqçi kimi 5 kubok əldə edən ilk çalışdırıcı olub. Mehman Allahverdiyev 4, Ağasəlim Mircavadov 3, Əsgər Abdullayev, Kazbek Tuayev, Böyükağa Hacıyev, Sənan Qurbanov hərəyə 2, Məmmədəli Məmmədov, Böyükağa Ağayev, Cüneyt Biçər, Novruz Əzimov, Vaqif Sadıqov, Mirça Rednik, Əhməd Ələsgərov, Yuri Maksimov hərəyə 1 dəfə belə uğura yetişib.

“Qarabağ” 4-cü dəfə Qurban Qurbanovla “Qızıl dubl” edib. Kazbek Tuayevlə Ağasəlim Mircavadov hərəyə 2, Böyükağa Hacıyev və Mehman Allahverdiyev 1 dəfə 2-qat uğura nail olub.

Həmin kateqoriyadan