“Qarabağ”a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq”

Turan Tovuz” premyer liqanın 19-cu turunun oyununda doğma meydanda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov fikrini bildirib: 

“Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Azarkeşlərimizin qarşısında oynayırdıq. Maraqlı oyun oldu. Azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish