- Baxış sayı: 22
- 25 Aprel 2025 11:49
- Baxış sayı: 40
- Aprel 25, 2025
- 0
“Qarabağ”, növbəti turda ölkə çempionluğunu qeyd edə bilər. Allsport.az saytı xəbər verir ki, bunun üçün Ağdam klubuna cəmi 1 xal kifayət edir. Qurban Qurbanovun komandası mayın 3-də “Sabah”la ev oyununda uduzmasa, 9-cu çempionluğu rəsmiləşdirəcək.
“Köhlən atlar”ın hazırda 58, ən yaxın izləyicisi “Neftçi”nin isə 47 xalı var. Qarşıdakı turda “ağ-qaralar” 3, “göylər” 1 xal qazansa belə, 9 xallıq fərq olacaq.
Sona 3 tur qalmış bu fərqin olması “Qarabağ”ın çempionluğu üçün kifayətdir. Çünki Ağdam təmsilçisi şəxsi oyunlarda bayraqdardan üstündür. Bu mövsüm “Qarabağ” 4 oyundan 3-ündə “Neftçi”yə qalib gəlib.
“Köhlən atlar” buna qədər 8 çempionluğun 7-sini Qurban Qurbanovun başçılığı ilə qazanıb.