- Baxış sayı: 49
- 26 İyun 2026 23:23
- Baxış sayı: 106
- İyun 26, 2026
- 0

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika millətlər kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu start heyətdə yer alıb və 61-ci dəqiqədə – komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.
Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika millətlər kubokunun final mərhələsinə yüksəlib.