“Qarabağ”ın ən böyük hesablı qələbəsi

“Qarabağ”, ölkə çempionatları tarixində özünün ən böyük hesablı qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu 23-cü turda “Şamaxı”nı 8:0 məğlub edib.

1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 olub. “Köhlən atlar” 1995/96 mövsümündə “Pambıqçı” (Neftçala), 2003/04 mövsümündə “Ədliyyə”ni bu hesabla yeniblər.

“Qarabağ” həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.

Həmin kateqoriyadan