“Qarabağ”ın direktoru: Transfer çalışmalarımız davam edir

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl transfer planlarından söz açıb. Allsport.az saytı xəbər verir ki, o, transfer çalışmalarının davam etdiyini deyib:

“Bizim işimiz sadəcə, onun istədiklərini icra etmək, Qurban Qurbanovun göstərdiyi futbolçuları heyətimizə qatmaqdır. Bu məsələ yalnız yay və qış fasilələrində yox, hər gün gündəmimizdədir, hər zaman çalışmalarımız davam edir. Ancaq hazırda danışıq apardığımız futbolçular yoxdur. Lakin bu, olmayacağı anlamına da gəlmir”.

O, Marko Veşoviç və müqaviləsinin müddəti bitmək üzrə olan digər futbolçularla danışıq aparılıb-aparılmadıqları ilə bağlı deyib: “Bildiyiniz kimi, ötən gün dörd gənc futbolçu ilə yeni, 3,5 illik müqavilə bağladıq. Bu yöndə də işlərimiz davam edir. Futbolçularla və onların menecerləri ilə danışıqlar davam edir. Veşoviçlə də həmçinin”.

Həmin kateqoriyadan