“Qarabağ”ın evdə qələbə zolağı çempionluğu təmin etdiyi turda qırılıb

Premyer liqanın 25-ci turunda çempionluğu təmin edən “Qarabağ”ın evdə qələbə seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib.

Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun komandası, “Sabah”la qarşılaşmada bir xalla kifayətlənib – 1:1. “Köhlən atlar” evdə sonuncu xal itkisi ilə 364 gün öncə – 2021-ci il mayın 4-də üzləşmişdi.

Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.

Həmin kateqoriyadan