- Baxış sayı: 70
- 26 İyun 2026 05:13
- Baxış sayı: 120
- İyun 25, 2026
- 0

“Qarabağ”ın futbolçusu Xayme Romero uzun müddətdən sonra oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, xeyli vaxtdır zədədən əziyyət çəkən ispaniyalı yarımüdafiəçi, dünən Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab matçında meydana daxil olub.
Baş məşqçi Qurban Qurbanov onu fasildən sonra meydana buraxıb. Bununla da, 31 yaşlı legionçu 225 gündən sonra yaşıl meydana dönüb.
Xayme ötən ilin sentyabrında, konfrans liqasının 1-ci turunda Bakıda “Bazel” ilə görüşdə zədələnmişdi.