“Qarabağ”ın qış planı

Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” yanvarın 4-dən 23-nə qədər Antalyada təlim-məşqdə olacaq.

Orada 3 yoxlama oyunu nəzərdə tutulub. “Poqon” klubu ilə ayın 13-ündə, “Rakov”la (hər ikisi – Polşa) 18-ində, Serbiyanın “Çukariçki” komandası ilə də son qeyd edilən tarixdə keçirilməsi planlaşdırılıb.

Premyer liqasında qış fasiləsi dekabrın 25-də başlayacaq. Mövsümün 2-ci hissəsi isə gələn ilin yanvarın 24-də başlayacaq.

Həmin kateqoriyadan