“Qarabağ”ın rəqibi 10 hücumçu sifariş etdi

“Qarabağ”ın konfrans liqasının “H” qrupundakı rəqiblərindən olan Kipr “Omoniya”sı iştirak ərizəsini UEFA-ya təqdim edib.

Allsport.az xəbər verir ki, Nikosiya təmsilçisi qrup oyunları üçün 28 futbolçu sifariş verib. Onların 3-ü qapıçı, 9-u müdafiəçi, 6-sı yarımmüdafiəçi, 10-u isə hücumçudur.

Qapıçılar: 23. Fransis Uzoho (Nigeriya), 40. Fabiano (Braziliya), 74. Katsper Horonjka (Polşa)

Müdafiəçilər: 2. Paris Psaltis, 4. Şehu Abdullahi (Nigeriya), 5. Kiko (Portuqaliya), 6. Ektor Yuste (İspaniya), 15. Tomaş Quboçan (Slovakiya), 17. Yan Letsyaks (Çexiya), 22. Adam Lanq (Macarıstan), 30. Nikolas Panayotu, 82. Andreas Evangelu

Yarımmüdafiəçilər: 16. Jordi Qomes (İspaniya), 19. Fuad Bəşiru (Komor adaları), 31. Yannis Kusulos, 42. Mikkel Diskerud (ABŞ), 76. Babis Haralampus, 83. Andreas Asimenos

Hücumçular: 8. İyayi Atyemven (Nigeriya), 11. Erik Botok (Fransa), 13. Fotis Papulis, 18. Mixal Dyuriş (Slovakiya), 20. Takis Zaxariu, 21. Marinos Tsioni, 44. Marko Şçepoviç (Serbiya), 75. Loyzos Loyzu, 79. Andreas Savva, 80. Andronikos Kakulli

“Qarabağ” və “Omoniya” komandaları arasında ilk oyun II turda – sentyabrın 30-da Nikosiyada baş tutacaq. Ağdam klubu qrupdakı birinci matçını isə sentyabrın 16-da Bakıda İsveçrə “Bazel”inə qarşı keçirəcək. Bu qrupda Qazaxıstan “Kayrat”ı da yer alıb.

Həmin kateqoriyadan