- Baxış sayı: 28
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

“Zirə” Felipe Pahtmanla yeni müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, Ukraynanın “Lvov” klubuna məxsus futbolçu sonradan transfer hüququ alınmaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb.
21 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Braziliyalı futbolçu peşəkar karyerasına “Lvov” klubunda başlayıb və bu ilin yanvarından “Zirə”də çıxış edir.