“Qartallar” “Neftçi”yə yenə uduzmayacaq?

Premyer liqanın 23-cü turunda sabah “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. Allsport.az xəbər verir ki, bu, tərəflərin çempionatda 22-ci dueli olacaq.

Bu mövsümün üç oyununda rəqibinə uduzmayan, “Zirə” əvvəlki 21 matçda üstünlüyə malikdir. Aktivində 11 qələbə olan “Zirə” 6 dəfə bir xalla kifayətlənib.

“Qartallar” bu görüşlərdən yalnız dördündə məğlub olub. Top fərqi də “Zirə”nin xeyrinədir – 23:18. “Zirə” “Neftçi” ilə səfər görüşlərində də üstünlüyə malikdir. Rəqib meydanındakı 10 oyunda 3 qələbəsi olan komanda 5 heç-heçə edib və iki matçdan xalsız dönüb. Top fərqində isə meydan sahibləri öndədir – 13:11.

Aprelin 17-də keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 20:15-də başlayacaq.

Həmin kateqoriyadan