“Qartallar”ın “Keşlə” ilə 23-cü dueli

“Zirə” premyer liqanın 22-ci turunda “Keşlə” ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, Zirə idman kompleksindəki matç iki rəqib arasında çempionatdakı 23-cü duel olacaq.

Əvvəlki 22 oyunda 7 dəfə qalib gələn “Zirə” 9 dəfə heç-heçə ilə kifayətlənib və 6 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 28:27.  Komanda cari mövsüm “Keşlə”yə qarşı keçirilən son üç görüşdə uduzmayıb. Bu görüşlərin hər birində 2 və ya daha çox qola imza atan komanda ümumilikdə 8 qolla 7 xal toplayıb.

“Keşlə” ilə 10 ev oyununda üz-üzə gələn “Zirə” 4 dəfə qalib gəlib. 5 səfər heç-heçəsi olan komanda 1 dəfə doğma meydanda uduzub. Evdə 16 qol vuran futbolçular 10 top buraxıb.

Aprelin 11-də Zirə idman kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Keşlə” matçı saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan