“Qırmızı-qaralar” 2 oyun keçirəcək

“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin yetirmələri ayın 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komandamız Bakıya yollanacaq.

“Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Komanda “Zirə” ilə üz-üzə gələcək. Beş gün sonra bölgə təmsilçisi “Səbail”lə qarşılaşacaq.

Həmin kateqoriyadan