“Qırmızı-qaralar”ın “dənizçilər”lə 17-ci dueli

Premyer liqada 25-ci tura start veriləcək. Allsport.az xəbər verir ki, “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək.

“Qırmızı-qaralar”ın səfər qarşılaşması iki komanda arasında 17-ci matç olacaq. İndiyədək keçirilən 16 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 qələbəsi olan komanda 5 görüşdən sülhlə ayrılıb və yalnız üç dəfə məğlub olub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:17. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox – 6 qola imza atıb.

“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 14 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlibpremyer liqada 6 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. “Səbail” 3 oyunda qalib gəlib. 24 qol vuran “Qəbələ” 15 top buraxıb.

Rəqib meydanında 9-cu dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 3 qələbə və 2 heç-heçəyə imza atıb. Digər üç görüşdə meydan sahibləri qalib olub. Bu matçlarda 14 qola imza atan “Qəbələ” 12 top buraxıb.

Mayın 3-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qəbələ” matçı saat 20:15-də başlayacaq.

Həmin kateqoriyadan