Qlobal kiberidman federasiyasının rəhbərləri ilə görüş

Aprelin 25-də Milli olimpiya komitəsinin (MOK) inzibati binasında Qlobal kiberidman federasiyasının rəhbərləri ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK vitse-prezidenti və aparatın rəhbəri Çingiz Hüseynzadə, baş katib Azər Əliyev,  idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, mətbuat katibi Murad Fərzəliyev, QKF-in baş direktoru Paul J. Foster və aparat rəhbəri Rüstəm Ağasıyev iştirak ediblər.

Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Həmin kateqoriyadan