- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Allsport.az xəbər verir ki, 49 yaşı tamam olan mütəxəssis 2008-ci ildən “Qarabağ”ı çalışdırır.
Bu müddət ərzində komanda onun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə çempionlar liqasının qrup mərhələsində çıxış edib.
Baş məşqçini təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayırıq!