Qurban Qurbanov: Mütləq deyil ki, meydana 2 hücumçu ilə çıxaq

Sabah “ay-ulduzlular”ımız millətlər liqasının qrupunda Farer adaları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı Bakı olimpiya stadionunda təşkil olunan mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu dedi:

“Oyunla bağlı çox danışmağa ehtiyac yoxdur. Sabahkı qarşılaşmaya komandanı pis hazırlamamışıq. Oyunu düzgün qurub, uğurlu nəticə qazanmağa çalışacağıq. Rəqibi də yaxından tanıyırıq, onlara qarşı oynamışıq. İddialı danışırlar, biz də iddialıyıq. Futbolçularımız ən yaxşı oyununu göstərməyə çalışacaq və rəqibin sürprizlərinə hazır olmalıyıq. Kosovo ilə oyunlarını izləmişik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq. Təbii ki, oyunun gedişində müəyyən dəyişikliyə əl atacağıq.

Futbolçulardan əsas tələblərimdən biri oyun zamanı hücumda sayımızın çoxalmasıyla bağlıdı. Mütləq deyil ki, meydana 2 hücumçu ilə çıxaq. Ön xətdə yer alan futbolçulara hər zaman hücumçu kimi yanaşmışam. Məqsədimiz oyun üslubumuzu yaxşılaşdırmaqdır. Buna nail olmaq üçün dəyişikliyə ehtiyac olsa, edəcəyik. İstənilən halda, sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan