Qurbanovla 100-cü sülh

“Qarabağ” premyer liqada Qurban Qurbanovun rəhbərliyi ilə 100-cü heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, Bu, yeni mövsümünün ilk turuna təsadüf edib. “Zirə” ilə səfər qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

Mütəxəssisin rəhbərliyi ilə 14-cü mövsümünə start verən Ağdam klubu, ölkə çempionatları tarixində həm oyun, həm qələbə, həm heç-heçə sayında mütləq rekordçudur. “Neftçi” və “Qarabağ”da çalışmış Qurbanov premyer liqada ümumilikdə 104 heç-heçə izləyib. O, bu göstəricidə “100” səddini adlayan yeganə baş məşqçidir.

İlk sülh 2008-ci il avqustun 16-da qeydə alınıb. Həmin gün “köhlən atlar” evdə AzAL ilə 1:1 edib.

Həmin kateqoriyadan