- Baxış sayı: 25
- 30 Aprel 2026 23:50
- Baxış sayı: 59
- Aprel 30, 2026
- 0

Azərbaycan premyer liqasının XIX turunda keçirilən “Sumqayıt” – “Səbail” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, matç barədə fikrini açıqlayıb:
“Rəqib komandada istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz imkanlarımızdan istifadə edə bilmədik. Rəqib isə əlinə düşən fürsətlərdən yaxşı istifadə edib qollar vurdu. Qış transfer pəncərəsi bitməyib deyə bəzi söz-söhbətlər futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq”.