- Baxış sayı: 30
- 16 Sentyabr 2026 23:58
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

“Qarabağ”ın UEFA konfrans liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qitənin üçüncü dərəcəli klub turnirində pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.