“Rəqibdə belə usta oyunçular varsa…”

“Maraqlı oyunun şahidi olduq. İlk hissə sönük keçdi, lakin ikinci hissə daha sürətli futbolun şahidi olduq. Belə rəqibə qarşı istədiklərini həyata keçirmək çətindir. İki komandada oyuna ehtiyatlı başladı. Ani diqqətsizlikdən qol buraxdıq”. 

Allsport.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 22-ci turunda “Sabah”a 1:3 uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Onun sözünə görə, qoldan sonra oyunu dəyişmək çətin olub:

“Rəqibdə belə usta oyunçular varsa, qol buraxandan sonra hesabı dəyişmək çətin olur. Komandam xarakter göstərdi. Təhlükəli hücumlarımız oldu. Rəqib də yaxşı müdafiə olundu. Ümumi götürsək, komandamın çıxışından razıyam. Yaxşı oyunlardan birini keçirdik. Belə rəqiblərlə oyunda qələbə istəyirsənsə, hücumda və müdafiədə inamlı olmalısan” .

Həmin kateqoriyadan