Rəşad Sadıqov: “Xal itirdiyimizə görə üzülmürük”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 21-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən oyunla bağlı danışıb:

“Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardıq. İlk hissədə üstünlüyümüz daha qabarıq görünürdü. Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Xal itirdiyimizə görə üzülmürük, qazandığımız bir xalı da qənaətbəxş sayıram”.

Həmin kateqoriyadan