Rabyo sabiq klubunu cəzalandırdı

“Marsel”in yarımmüdafiəçisi Adryen Rabyo keçmiş klubu PSJ-dən təzminat qazanıb.

Allsport.az xəbər verir ki, fransalı oyunçu 2012-2019-cu illərdə paytaxt təmsilçisində çıxış edib.

O, 2018-ci ildə rəhbərliklə münaqişədən sonra komandadan uzaqlaşdırılıb. Rabyo bundan sonra klubu məhkəməyə verib.

Paris apellyasiya məhkəməsi futbolçunun PSJ ilə razılaşmasının müddətli müqaviləsi hesab edilməsinə qərar verib ki, bu avtomatik olaraq ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətlər və müqavilənin pozulmasına görə 1,3 milyon avro kompensasiya deməkdir.

Hüquqşünasların fikrincə, Rabyo haqsız yerə peşəkar futbolçu kimi cəzalandırılaraq, müqaviləsinin son 6 ayında oynamaq imkanından məhrum edilib.

Həmin kateqoriyadan