Rafael və Stefan üçün yubiley

Premyer liqanın 27-ci turunda “Şamaxı” ilə səfər oyun “Qəbələ”nin 2 futbolçusu üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Rafael UtziqStefan Vukçeviç 50-ci dəfə meydana çıxıblar.

Hər 2 legionçu “Qəbələ”nin heyətində ötən mövsüm debüt edib. Premyer liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda – 25 dəfə şans qazanıb.

Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq ümumilikdə 11 qol vurub. O, 2020/2021-ci il mövsümündə 5, 2021/2022-ci il mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb. Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.

Həmin kateqoriyadan