Ramin Musayev vəzifəsindən istefa verdi

Ramin Musayev vəzifəsindən istefa verdi

Peşəkar futbol liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb. Allsport.az saytı xəbər verir ki, o, 14 ildir futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi”nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə “Birlik kuboku”nun ilk qalibi olub.

2 iyul 2008-ci ildə AFFA-da səsvermənin nəticəsinə əsasən, yeni yaradılan PFL-ə prezidenti seçilib və vəzifəsini 4 il icra edib. 2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə 2-ci müddətə seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

Həmin kateqoriyadan