- Baxış sayı: 28
- 26 Aprel 2024 18:00
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
“Sabah”ın baş məşqçisi Ramin Quliyev “Zirə” ilə yoxlama oyunundan (0-0) sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, nəticəni şərh edib:
“İlk matçımız idi. İki fərqli hissə izlədik. Futbolçuların geridə qalan 7-8 günlük hazırlıq müddətində fiziki durumlarının necə olmasını görmək istəyirdik. Sevindirici haldı ki, hər iki hissədə fiziki baxımdan istədiyimizi ala bildik. Ən əsası, şükürlər olsun ki, heç bir zədə olmadı”.