Ramin Quliyev: “Komanda 3 aydır qalib gələ bilmirdi”

“Sabah” premyer liqanın 21-ci turunda evdə “Qəbələ”ni kiçik hesabla məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçi Ramin Quliyev bunu söyləyib:

“Çətin qələbə oldu. Komanda 3 aydır qalib gələ bilmirdi. Bir qədər qələbəyə inam azalmışdı. Bu gün futbolçularımda komanda ruhunu, qələbə istəyini gördüm. Məhz bu istək sonda qələbə qazanmağımızla nəticələndi”.

Həmin kateqoriyadan