- Baxış sayı: 40
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 264
- Noyabr 09, 2026
- 0

FIFA referisi Rauf Cabbarov konfrans liqası oyununa təyinat alıb. Allsport.az xəbər verir ki, Cabbarov 2-ci təsnifat mərhələsinin “Teuta” (Albaniya) – “İnter Eskaldes” (Andorra) görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
“Teuta” – “İnter Eskaldes” qarşılaşması “Niko Dovana” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq.