Ronaldunu 3 il aldadıblar

“Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldu fırıldaqçı qadın tərəfindən üç il aldadılıb.

Allsport.az xəbər verir ki, bu barədə “Jornal de Noticias” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçuya dəymiş ziyan 288 min avro təşkil edir. 53 yaşlı səyahət agenti futbolçunun getmədiyi 200 səfər üçün Ronaldudan pul alıb.

Kriştianu agentə istifadə edilən bank kartı və digər sənədlərin detallarını verib. Qadının Nani, Manuel Fernandeş və agent Jorje Mendes də daxil olmaqla bir neçə portuqaliyalı futbolçunu da aldada biləcəyi  vurğulanır.

Səyahət agenti 2017 -ci ildə cinayətlərdə günahkar bilinib. O, dörd ildir həbsdədir və qarət etdiyi şəxslərə pullarını qaytarır. Nəşr onun zərərçəkənlərə aylıq nə qədər pul köçürdüyünü açıqlamayıb.

Həmin kateqoriyadan