- Baxış sayı: 56
- 30 Aprel 2026 18:47
- Baxış sayı: 59
- Aprel 30, 2026
- 0
Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin qran-pri seriyasından 1-ci mərhələsinin görüşləri başlayıb. Allsport.az saytı xəbər verir ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Qələbə uğrunda 12 ölkədən 18 şahmatçı mübarizə aparır. 2 turdan sonra millimizin üzvü Şəhriyar Məmmədyarovun hesabında 2 xal var.
İlk partiyada qara fiqurlarla İspaniya təmsilçisi Fransisko Valyexo ilə heç-heçə edən qrossmeysterimiz, növbəti matçda ağlarla Yevgeni Tomaşevskini üstələyib. O, sonra Fransa nümayəndəsi Maksim Vaşye-Laqrav heç-heçə edib. Bu gün təmsilçimiz böyük britaniyalı Maykl Adamsla görüşür.