“Səbail” ən ağır məğlubiyyətini aldı

“Səbail” premyer liqada ən böyükhesablı məğlubiyyətini alıb. 

Allsport.az xəbər verir ki, bu, IV turun “Qəbələ” ilə oyununa təsadüf edib. Səfərdə 0:5 hesabı ilə uduzan Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda bunadək 5 və ya daha çox top fərqi ilə məğlub olmamışdı.

2017-ci ildən premyer liqada çıxış edən “Səbail” həm də ilk dəfə 5 qol buraxıb.
Qəbələdəki oyunadək Bakı klubunun ən ağır yenilgisi 0:4 hesabı ilə olub. Belə nəticə 7 dəfə qeydə alınıb. Bu, iki rəqiblə görüşlərə təsadüf edib. 4 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ” “Səbail”in qapısından dörd cavabsız top keçirib. Paytaxt təmsilçisi 4 dəfə evdə, 3 dəfə səfərdə belə uduzub.

Həmin kateqoriyadan