“Səbail”in baş məşqçisi: Elmir Tağıyev təkbətəkdən yararlansaydı, oyun tam fərqli məcrada gedə bilərdi

“Səbail” premyer liqanın 23-cü turunda səfərdə “Zirə”yə 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Aftandi Hacıyev bunu deyib:

“Bu gün çox maraqlı oyunun şahidi olduq. Hər iki komanda çoxlu hücum etdi, qapılar qarşısında kifayət qədər epizodlar yarandı. Birinci hissənin ilk 15 dəqiqəsində oyuna yaxşı başlaya bilmədik.

Sonra öz oyunumuzu tapmağa çalışdıq və bunu bacardıq. Elmir Tağıyev təkbətək iki qol epizodu yaxaladı. Həmin epizodlardan yararlansaydı, oyun tam fərqli məcrada gedə bilərdi.

Daha sonra rəqibin fərdi ustalığı yaxşı olan futbolçusu Hamidu Keyta ardıcıl iki epizodu dəyərləndirdi”.

Həmin kateqoriyadan