“Səbail”in icraçı direktoru: Azerisport.com-da yazılan informasiya heç bir fakta əsaslanmır

“Səbail”in icraçı direktoru Fərəc Əliyev açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, çalışdığı komandanın gələn mövsümdən dağılması ilə bağlı bilginin yanlış olduğunu bəyan edib:

““Səbail” peşəkar futbol klubunun növbəti mövsümdən etibarən fəaliyyətini dayandırması ilə bağlı “azerisport.com” saytında yazılan informasiya heç bir fakta əsaslanmır. Tamamilə, əsassızdır.
Mövsümün gedişində hər hansısa futbolçunun komandadan ayrılması bir çox ölkədə, yerli və xarici klublarda baş verən hadisədir.

Bu səbəb, növbəti mövsüm komandanın fəaliyyətinə davam etməməsinə əsas vermir. İctimaiyyətdən xahiş edirəm ki, klubumuz ilə bağlı yalnız rəsmi şəxslərdən, klubun rəsmi saytından, həmçinin sosial media hesablarından paylaşılan məlumatlara inanıb, etibar etsinlər! Bir daha qeyd edirəm ki, “Səbail” fəaliyyətinə davam edir və edəcək”.

Həmin kateqoriyadan