Sənan Qurbanov: “İşimiz daha çətin olacaq”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 23-cü turunda “Sabah”a qarşı keçirdikləri oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, nəticəni şərh edib:

“Həm rəqib komanda, həm də biz çoxlu top itirdik. Bu səbəbdən, güc itkiləri daha çox oldu. Hər iki tərəf qalib gələ bilərdi. Amma məncə, ədalətli nəticə qeydə alındı. Sonuncu pillədən qurtulmaq üçün öz meydanımızda qalib gəlməyə çalışdıq.

Amma bu gün də alınmadı. Yaxşı bərpa olunmalıyıq. Çünki 4 gündən sonra Azərbaycan kubokunun yarımfinalında “Zirə” kimi ciddi rəqibə qarşı çıxış edəcəyik. İşimiz daha çətin olacaq. Bu gündən futbolçuları bərpa edərək, oyuna hazırlamağa çalışacağıq”.

Həmin kateqoriyadan