- Baxış sayı: 31
- 10 Noyabr 2026 11:54
- Baxış sayı: 251
- Noyabr 09, 2026
- 0

Almaniyanın 2-ci bundesliqa klubu “Darmştadt”ın futbolçusu Sərdar Dursun Türkiyə millisinə çağırıla bilər. Allsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şenol Günəş məlumat verib.
69 yaşlı mütəxəssis hücumçunu izlədiklərini deyib. 29 yaşlı forvard 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin dəvəti qəbul etmədiyini söyləmişdi.
Sərdar bu mövsüm keçirdiyi 32 oyunda 21 qol vurub, 8 məhsuldar ötürmə edib.