Sabah keçiriləcək oyunların hakimləri

Azərbaycan premyer liqasında 5-ci turun daha iki oyunu üçün hakim təyinatları açıqlanıb.

Allsport.az xəbər verir ki, sabah keçiriləcək hər iki görüş FİFA referilərinə tapşırılıb.

“Sabah” – “Neftçi” matçını Əliyar Ağayev, “Sumqayıt” – “Qəbələ” qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

26 sentyabr (bazar)

17:00. “Sabah” – “Neftçi”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank respublika arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər:
 Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital bank arena”

Həmin kateqoriyadan