- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Premyer liqanın XXIII turunda baş tutmuş “Keşlə” – “Sabah” oyunu (0:0) qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, hər iki futbolçu premyer liqada ilk oyunlarını keçiriblər.
Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper premyer liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.
Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub. 19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.