- Baxış sayı: 29
- 22 Sentyabr 2026 20:42
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Sabah”ın futbolçusu Coy-Lens Mikels klub rekordunu təkrarlayıb. Allsport.az saytı xəbər verir ki, o, 1 mövsümdə ən çox qol vuran futbolçu adına şərik çıxıb.
Mikels cari çempionatda 8 dəfə fərqlənib. O buna “Sumqayıt”la matçda nail olub. Hesabında 7 qol olan legionçu komandasının 3:0 hesablı qələbəsinə töhfə verərək 8-ə çatıb.
“Sabah”ın heyətində bir mövsümdə ən çox qol vuran oyunçu Marko Deviç idi. Ukrayna vətəndaşı olan serb futbolçu 2018/19 mövsümündə 8 dəfə rəqib qapısına yol tapıb.