“Sabah”da yubiley və rekordlar

Premyer liqanın 22-ci turu “Sabah” üçün yubiley və rekordlarla əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Zirə” ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn “ağ-göylər”, öz meydanında 50-ci qolunu vurub. Yubiley qolunun müəllifi Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.

“Sabah”ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu qolunu vurub. O, klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb. Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.

“Sabah” premyer liqada bir mövsümə topladığı xal sayında da yeni rekord vurub. Ötən mövsümdə 29 xal yığan bakılıların aktivində artıq 32 xal var.

Həmin kateqoriyadan