“Sabah”dan 2 rekord

“Sabah” 2 rekord edib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu premyer liqanın 24-cü turunda “Şamaxı” ilə ev oyununda ən böyük hesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib.

5:1 hesabı ilə qalib gələn “ağ-göylər”, indiyədək heç vaxt 3-dən çox qol vurmamışdı. 12 qarşılaşmada üç top vuran və bunların altısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Bu, klub tarixinin premyer liqada yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının 2-ci qolunu vurmaqla, komandanın 100-cü qolunu vurub. Bu, 50-ci ev matçında 15-ci qələbə kimi tarixə düşüb.

Həmin kateqoriyadan