“Şamaxı”nın yeni rəmzi ictimaiyyətə təqdim olundu

Tədbirdə klubun idarə heyətinin sədri Elçin Usub rayona böyük futbolun qayıdışını gözəl hal adlandırdı. Allsport.az saytı xəbər verir ki, o, qısa müddətdə Şamaxıda infrastrukturun uğurla icra olunduğunu və yeni layihələrin planda olduğunu dedi:

“Bu işdə AFFA-nın böyük dəstəyi oldu. Prezident İlham Əliyevin buraya gəlişi, görülən işlərlə yaxından tanış olması bizi daha həvəsləndirdi. Əl-ələ verib Şamaxıda futbolun inkişafına dəstək verəcəyik.

Əsas hədəf, istedadlı uşaq-yeniyetmələrin üzə çıxması, Azərbaycan futboluna yeni məşqçilər bəxş etməkdir”.

Həmin kateqoriyadan