- Baxış sayı: 18
- 06 Avqust 2026 22:58
- Baxış sayı: 185
- Avqust 05, 2026
- 0

Sumqayıtın eyni adlı komandası premyer liqanın 16-cı turunda səfərdə “Kəpəz”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçi Samir Abbasov bunu deyib:
“Futbolçularımı təbrik edirəm. İlk qalibiyyətdir. Nə qədər ağır olsa da, ilkdir. Belə stiuasiyalarda bilmirik ki, sevinək, ya kədərlənək. Qələbənin səbəbi futbolçuların özlərini oyundan əvvəl maksimum kökləməyidir.
Yəni, bunun nəticəsində azlıqda qalsaq da, qol vura bildik. İlk dəqiqələrdən göstərdik ki, qalib gəlmək istəyirik. Hər kəsi təbrik edirəm. Kubok matçında burada uduzmuşduq. Buna baxmayaraq, azarkeşlərimiz yenə bizi tək qoymadı. Onlara da təşəkkür edirəm”.